RƏSMİ SƏHİFƏ


Copyright © 2014. All Rights Reserved. Design by WWW-STUDIO

"Mənəvi varlığı maddi varlıqdan üstün hesab edirəm"

M.Musayev

MAKSİM MUSAYEV

Maksim Talıb oğlu Musayev

 

Təhsili: orta məktəbi İrəvanda, texnikumu Gəncədə (Kirovabad),

institutu Leninqradda (S. Peterbruq), aspiranturanı və ali partiya
məktəbini Bakıda bitirmişdir. Miçurinskdə (Tambov vilayəti) dissertasiya müdafiə etmişdir, alimdir.


İşləmişdir:
Vedi rayonunda orta məktəbdə müəllim, rayon partiya komitəsində təlimatçı, Azərbaycan Komsomolu MK-da və partiyanın Mərkəzi Komitəsində məsul vəzifələrdə, Qax və Xızı rayonlarında birinci katib, Respublika Dövlət Komitəsinin sədr müavini, Xızı rayon Sovetinin sədri və  İcra hakimiyyətinin başçısı.


Seçgili orqanlarda iştirakı:
Rayon Sovetlərinin deputatı, Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan Respublikasının xalq deputatı, Azərbaycan Respublikası Milli Məclisin üzvü (Daimi komissiyanın sədr müavini, Azərbaycan Respublikası ilə Çin xalq Respublikası parlamentlərarası qrupun sədri).


Yaradıcılq fəaliyyəti: siyasi, iqtisadi, elmi və digər mövzulara aid yüzlərlə məqalələrin və bir çox kitabların müəllifi.


Partiya mənsubiyyəti: Kommunist partiyasında 1960-cı ildən 1990-cı ilə qədər üzvü, rayonlarda pelnum-byüro üzvü,  Azərbaycan KP MK-nın üzvlüyünə namizəd; “Yeni Azərbaycan” partiyasını yaradanlardan biri və partiyanın ilk Siyasi Şurasının üzvü.


Mediada: iki qəzet təsisçisi və “Piterskiye azerbaydjantsı” qəzetinin redaktoru.

Tərcümeyi hal